“Yuventus”un 33 yaşlı ulduz oyunçusu Kristiano Ronaldo sevgilisi Corcina Rodriqez ilə münasibətlərindən danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər veirr ki, futbolçu hələ ki evlənməyi düşünmədiyini deyib.
Bu barədə “La Gazetta dello Sport”a müsahibə verib. Sevgilisi Corcina ilə birlikdə eyni evdə yaşayan Ronaldo “Şou müxbirləri məni kilsədə gördüyü zaman evlilik hazırlığında olduğumu söyləyiblər. Ancak hələ evliliyi düşünmürəm. Nə vaxt evlənəcəyimi bilmirəm. Amma hazırda planlarım arasında evlənmək yoxdur” deyə bildirib.
Hər ay kilisəyə getdiyini vurğulayan portuqalyalı futbolçu sözlərinə belə davam edib:
''Mən Katolikəm və hər həftə kilisəyə gedirəm. Tanrının mənə verdiklərinə şükr etmək üçün gedirəm. Tanrıdan bir şey istəmirəm. Onsuz da hhər şeyə sahibəm. Sadəcə ailəmi və dostlarımı qorumasını istəyirəm”.