“Fənərbaxça”da keçmiş baş məşqçi Filip Kokunun müqaviləsi ləğv edilib.
Unikal.org xəbər verir ki, Super Liqa təmsilçisi holland mütəxəssisin sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Fənərbaxça”da mövsümün əvvəlində Koku baş məşqçi postuna gətirilmiş, Ervin Kuman isə onun köməkçisi təyin edilmişdi. Uğursuz nəticələrdən sonra “bülbüllər” Koku ilə yollarını ayırmış, ancaq onun müqaviləsini yüksək təzminat ödəməli olduğu üçün ləğv etməmiş, köməkçisi Kumanı müvəqqəti olaraq “sükan arxasına” gətirmişdi.
“Fənərbaxça” Super Liqada 15 turdan sonra 14 xalla 17-ci sırada qərarlaşıb.