20 aprel 2006-cı il tarixli 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri vəzifəsinə təyin olundu və bu günə kimi bu vəzifədə vicdanla, səriştə ilə çalışır, respublikamızın Dəniz Administrasiyası strategiyasının hazırlanıb həyata keçirilməsi istiqamətində böyük işlər aparır.
Belə ki, Qüdrət Qurbanov Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunduqdan sonra köklü dəyişikliklər baş vermiş və bu müddət ərzində bütün göstəricilər dəfələrlə yaxşılaşdırılmışdır. 28 Fevral 2014-cü ildə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının Prezidenti seçilmişdir.
Hələ fəaliyyətinin ilk illərindən ümummilli lider Heydər Əliyev Azərbaycanın tərəqqisi, inkişafı və müstəqilliyi üçün çalışmış, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə onun müdrik və uzaqgörən siyasəti sayəsində respublikamız bütün sahələrdə diqqətəlayiq nəticələr əldə etmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu - Konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırkı nailiyyətlərinin əsasını Ümummilli Lider tərəfindən qoyulan ideyalar təşkil edir.
Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, dəniz nəqliyyatı kompleksinin inkişafı sahəsində də müstəsna rolunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, dəniz donanmasına malik keçmiş Sovet İttifaqı respublikalarının bir çoxunda donanmalar yararsız hala düşsə də, Heydər Əliyevin sayəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm istiqamətlərindən biri olan dəniz nəqliyyatı üzərində nəzarət saxlanmışdır.
Bu sahəyə diqqət və qayğı bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda donanmada sərnişin bərələri, ro-ro tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan və həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur. Bu da ölkəmizi həqiqətən qüdrətli dəniz dövləti hesab etməyə əsas verir.
Ulu öndər Heydər Əliyev siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə–neçə nəsli bu böyük məktəbdən, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaqdır.