Ukraynanın Azərbaycandakı səfiri geri çağırılıb. 

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko sərəncam imzalayıb.

Fərmanda qeyd olunur: "Aleksandr Mişenko Pavloviç Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin"

Qeyd edək ki, Aleksandr Mişenko həmin vəzifəyə 24 fevral 2011-ci il tarixində təyin olunub. Daha öncə o, Ukraynanın Türkiyə və Avstraliyadakı səfiri vəzifələrini tutub.