Biləsuvarda avtomobildə 8,5 kiloqram tiryək və 650 qram marixuana aşkar edilib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən Yuxarı Ağalı kəndi ərazisində Bakı şəhər sakini P.Hüseynovun idarə etdiyi “Lada Priora” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri ilə nəqliyyat vasitəsinə baxış zamanı oradan 8,5 kiloqram tiryək və 650 qram marixuana aşkar edilərək götürülüb.