Sakarya əyalətindəki xəstəxanaların birində eyni gündə doğulan türk və özbək anaların körpələrı dəyişik düşüb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar bir həftə ərzində bir-birinin uşağına analıq ediblər. Yeni doğulan körpələrin anası bir həftə sonra anlayıblar ki, körpələr qarışıq düşüb. Bunu da körpələrin biləyindəki adlara diqqaət etdikdən sonra anlayıblar. 

Hadisə Sakarya Universiteti (SAÜ) Təhsil və Araşdırma Xəstəxanası Doğum evi mərkəzində meydana gəlib. 

Bununla bağlı Sakarya polisi araşdırmaya başlayıb.