Banqkokun hakimiyyət orqanları şəhərin üzərində atmosferin həddə artıq çirklənməsi səbəbindən yanvarın 30-da 450-yə yaxın məktəbdə məşğələləri dayandırmaq barədə qərar qəbul edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Tailandın paytaxtı artıq bir neçə həftədir ki, tüstü ilə örtülüb. Bu səbəbdən şəhər sakinləri evlərindən çıxarkən qoruyucu maska taxmaq məcburiyyətində qalıb.

Tüstü nəqliyyat vasitələri, miqyaslı tikinti işləri, həmçinin sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gəlib.