“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklərin edilməsi müzakirə olunub və qəbul edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, qanuna edilən dəyişikliklərdən sonra onlara çoxsaylı vətəndaşlar müraciət edib və narahatlıqlarını bildiriblər.
Unikal.org xəbər verir ki, bununla əlaqədar Ç.Qənizadə DYP rəhbərliyi ilə də əlaqə saxlayıb.
“Bu məsələ ilə bağlı narahat olan insanlar bilsinlər ki, bu qanunun qəbulundan sonra da ölkədəki sürücülük vəsiqələri kütləvi şəkildə dəyişdirilməyəcək” deyə deputat bildiib.
"Başqa ölkələrə sərnişin və yük aparan şəxslər bu qanunun qəbulundan sonra vəsiqələrini dəyişə bilər. Bir də kim öz maşını ilə turist kimi başqa ölkələrə gedirsə, onlar vəsiqələrini dəyişə bilərlər. Çünki bizim vəsiqədə 4 latın qrafikalı hərf var ki, onlar beynəlxalq tələblərə cavab vermir. Bir neçə tələbə əməl etməliyik ki, idarə etdiyimiz avtomobillərlə xaricə gedəndə problem yaranmasın. Amma digər vətəndaşlar əvvəlki vəsiqələrlə nəqliyyat vasitələrini idarə edə bilərlər”.(musavat.com)