İrana qarşı sanksiyalar genişləndirilir. 

Unikal.org xəbər verir ki, Avropa Şurası 2 fiziki və 1 hüquqi şəxsi anti-İran sanksiyasına əlavə edib.

Avropa Şurasının rəsmi bəyanatında bildirilir ki, həmin şəxslər ittifaq ölkələrinin ərazisində düşmən fəaliyyət göstərməkdə ittiham olunub: “Şura İranın bir neçə üzv ölkələrin ərazisində düşmən fəaliyyətindən dolayı dərin narahatdır. Ona görə də 2 fiziki və 1 hüquqi şəxs sanksiya siyahısına salınıb”.