Müxalifətçi Milli Şura yeni mitinq keçirmək niyyətində olduğunu bildirib.
Unikal.org xəbər verir ki, müxalifətin yeni mitinqi fevralın 23-də “Məhsul” stadionunda keçiriləcək. Mitinq saat 15:00-da başlayacaq.
Xatırladaq ki, daha öncə Bakı Şəhər İcra Hakimiyyəti müxalifətçi Milli Şuranın yanvarın 26-da mitinq keçirmək istəyinə rədd cavabı vermişdi.
Mitinqin keçirilməsi haqda müraciətə rədd cavabı bununla əsaslandırılmışdı ki, 19 yanvarda keçirilmiş əvvəlki mitinqdən sonra və yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət zamanı ictimai asayişin pozulması faktları qeydə alınmışdı.