Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər.
Unikal.org xəbər verir ki, Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun yardımı ilə “İmamzadə” ziyarətgahında 1000 nəfərlik ehsan verilib. Həmçinin "Qocalar evi", "Körpələr evi" və yaşadığı mənzildə xəstə olan dindarların ailələrinə də yardımlar göndərilib.
Namaz qılmaqla başlayan mərasimdə 9 rayonun, yəni, Tərtər, Bərdə, Yevlax, Goranboy, Naftalan, Gəncə, Şəmkir, Daşkəsən, Samux rayonlarının axundları, dindarları iştirak edib.