Bolu vilayətinin Yeniçağa bölgəsində yaşayan TIR sürücüsü Fahrettin Altundağ Ukraynada yatmaq üçün fasilə verib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, fasilə verdiyi zaman  qarətçilərin hücumuna məruz qalıb və öldürülüb. Boğazı kəsilərək öldürülən Altundağın cinayətinə görə 23 yaşlı bir qadın saxlanılıb. 

Bildirilir ki, hadisə dünən sabah saatlarında Ukraynanın Vinnitsa şəhərində  meydana gəlib. Ukrayna və Türkiyə arasında daşıma işi görən bir şirkətin TIR sürücüsü  Fahrettin Altundağ Vinnitsadakı  yük maşınları üçün olan park yerində dayanaraq fasilə verib. 

Həmin vaxt qrətçilər həmin park yerinə daxil olub Altundağın maşınının yanına gedib. F.Altundağ pul və dəyərli əşyalarını istəyən quldurlara rədd cavabı verib və buy zaman hücuma məruz qalıb. Qarçilərlə əlbəyaxa olan Altundağın boğazı bıçaqla kəsilərək öldürülüb. 

Ukrayna polisi hadisədən sonra qaçan qarətçiləri axtarışa verib. Altundağı 20 bıçaq zərbəsi ilə öldürməkdə günahlandırılan 23 yaşlı ukraynalı qadının bunda öncə də cinayyət törətdiyi məlum olub. Hadisə ilə bağlı istintaq gedir. Altundağın cənazəsinin vətəni Bolunun Yeniçağa bölgəsinə göndərildiyi bildirilib.