Suriyanın İdlib şəhərinin mərkəzində yerləşən Əl-Kusur küçəsində bomba yüklü iki avtomobil partladılıb.

Unikal.org  Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, nəticədə 15 nəfər ölüb, 30 nəfər yaralanıb.

Qeyd edək ki, İdlibdə təhlükəsizliyin təmin edilməsi bağlı Türkiyə, Rusiya və İran arasında razılıq var.