Jurnalist Mutlu Tönbekici Avstraliyaya yollanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, qaldığı oteldə taxtabitilərin hücumuna məruz qalıb. Mutlu başına gələnlərdən haqda sosial media hesabında yazıb:

"Avstraliyada hər şeyə hazır idim, təkcə taxtabitilərin hücumundan başqa. Qaldığım oteldə var imiş. Çox da qorxunc bir yer deyildi. Oteldə bir gecə qaldıqdan sonra biləklərim qaşınmağa başladı. Bədənimdə qırmızı nöqtələr yarandı.

Sonra bir gecə yuxudan oyandım. Gördüm ki, həşəratlar iş başındadır. Səhər açılan kimi həmin oteli tərk etdim. Lakin halım pisləşdiyi üçün həkimə getməli oldum. 4 xəstəxanaya getdim, amma hamısı bağlı oldu.

Sonra burada yaşayan türk xanımların köməyi nəticəsində xəstəxanaya aparıldım. Hazırda vəziyyətim yaxşıdır".