Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım vəzifəsindən istefa verib.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, yeni spiker seçilənədək səlahiyyətlərini millət vəkili Cəlal Adana həvalə edib. 

Qeyd edək ki, Binəli Yıldırımın istefası İstanbulun bələdiyyə sədrliyinə namizəd olması ilə əlaqədardır.