Estoniya Hərbi İnvestisiya Mərkəzinin müdafiə xərcləri şöbəsinin rəhbəri Kusti Salm deyib ki, onun ölkəsi müharibəyə hazırlaşır.
Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə o, iqtisadi təhlükəsizlik məsələlərinə həsr olunmuş “Eesti 100Pluss Visioon” konfransında çıxışı zamanı deyib:
“Estoniyada müdafiə xərclərinin mahiyyətinə nəzər salsaq, ölkənin müharibəyə hazırlaşdığını deyə bilərik.Bu gün aldığımız silahlar, keçirdiyimiz təlimlər – müharibəyə hazırlıqdır”.
Dövlət rəsmisi Estoniyanın məhz hansı respublikaya qarşı müharibəyə hazırlaşdığını söyləməyib.