İran Hörmüz boğazında və Hind okeanının şimalında hərbi təlimlərə başlayıb.

Unikal.org xəbər verir ki, hərbi təlimlərin açılış mərasimində İran ordusu Hərbi Dəniz Qoşunları komandanı kontr-admiral Hüseyn Xanzadi bildirib ki, hərbi təlimlərdə bəzi vasitələrdən ilk dəfə istifadə olunacaq və sualtı gəmidən ilk dəfə atəş açılacaq.H.Xanzadinin sözlərinə görə, hərbi təlimlərdə uzaqdan idarə olunan kəşfiyyat təyyarələrindən də istifadə olunacaq.

Onun sözlərinə görə, təlimlər suda 2 milyon kv.km ərazini əhatə edəcək.