Bəşəriyyət tarixində bəzi şeyləri elmi şəkildə sübut etmək üçün bir çox təcrübələr həyata keçirilib. Amma bu təcrübələrdən bəziləri mərhəmətsiz və zülm verərərk həyata keçirilib.
Unikal.org tarix boyu gerçəkləşdirilən 3 ən vəhşi təcrübəni diqqətlərə çatdırır.
1. Əsgərlər üzərində xardal qazı sınağı...
Bioloji silah araşdırmalarının artım göstərdiyi 1940-cı illərdə səlahiyyətli şəxslər bu silahları n bəzilərini ordu üzərində sınamağa qərar verib. Əsgərlərin bədəninə, özlərinə heç məlumat verilmədən, xardal qazı spreyləri püskürdülüb. Qazın içindəki diklorodietil sulfid əsgərlərin dərilərində yanıqlara və şiddətli ağrılara səbəb olurmuş. Səlahiyyətlilər bununla da kifayətlənməyərək qaz maskalarının sağlamlığını ölçmək üçün əsgərlərə maska taxaraq qaz otaqlarına göndərirmiş. Bu da nəticə daha böyük fəlakətlərə gətirib çıxarıb. Təcrübədə çoxu zənci olmaqla minlərlə adam həyatını itirib.
2. Stanford həbsxana təcrübəsi
1971-ci ildə Filip Zimbardo adlı psixoloq insanların bəzi durumlara necə reaksiya verməsi ilə bağlı araşdırma aparıb və Stanford Universitetinin Psixologiya Departamentinin bodrum qatında saxta həbsxana yaradıb. "Həbsxana"da təcrübədə iştirak edənlər 2 həftə gözətçilər və məhkumlar kimi davranmalı idi.
Bu müddət ərzində 24 nəfər kişini təcrübədə istifadə edilib. Onlar arasında universitet tələbələri də olub.
Təcrübəyə qatılanların yarısı məhkum, yarısı isə nəzarətçi kimi davranmalı idi. Nəticə isə çox dəhşət olub. Sadə universitet tələbələri mərhəmətsiz, sadist bir nəzarətçiyə ya da qorxaq məhkumlara dönüşmüşdülər.
Sadəcə altı gün sonra Zimbardo tərəfindən yaradılan bu saxta həpsxana təcrübəsinə son verilib. Səbəb də içəridəki vəhşiləşmə və qorxaqlıq olub.
3. Homoseksuallıqdan soyutma müalicəsi
- 1960-cı illərdə homoseksualizm bir ruhi xəstəlik kimi qəbul edilib. Eyni cinsdən bir-birlərinə cinsi olaraq cazibədar gələn kəslərin öz özlərini yaxşılaşdırmaq yolunu tapmaq üçün könüllülər axtarılırmış. Təcrübədə iştirak edən homoseksualların damarına ürək bulantıları yaradan iynələr vurulub.
Həmçinin elektroşok terapiya həyata keçirilib.
Bu da homoseksual şəxsləri müalicə əvəzinə, onlarda ruhi xəstəliklər yaranmasına səbəb olmuşdu. Hətta bəzi təcrübələr az qala ölümlə nəticələnə bilərmiş.