Moldova prezidenti İqor Dodonun olduğu kortej qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, bu barədə Dodon özü “Facebook” səhifəsində yazıb. O, qəza nəticəsində xəsarət almadığını bildirib: 

“Mən təhlükəsizlikdəyəm! Mənim olduğum avtomobil zərər görməyib. Yalnız təhlükəsizlik əməkdaşlarının olduğu avtomobil əzilib”. 

Qəzanın təfərrüatları və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.