Hindistanda 50-dən çox adam keyfiyyətsiz spirtli imkinin qurbanı olub.
Unikal.org xəbər verir ki, hadisə qurbanları Assam ştatının çay sahələrinin işçiləri olub. İşçilər əmək haqqının alınmasını qeyd edərkən tərkibində metanol olan likör içiblər.
İçkini istehsal edən şirkətinin rəhbəri və daha 4 nəfər saxlanılıb.
Bundan öncə 17 nəfərin öldüyü və 40 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi.