Rusiya Federasiyasında sərnişinlərin təyyarəyə minmək qaydası dəyişib.
Unika.org RİA "Novosti"yə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyinin fevralın 24-dən qüvvəyə minən yeni qərarına görə, hava limanları sərnişinləri təyyarələrə elektron uçuş talonu ilə buraxa bilər.
Bildirilir ki, indi sərnişin sərbəst onlayn – qeydiyyat zamanı xüsusi talon alacaq və həmin talon ilə hava limanının steril zonasına keçə biləcək.
Məlumata görə, aviaşirkətlər yeniliklər barədə sərnişinləri məlumatlandırmalıdırlar.