Ermənistanın Tavuş vilayətində “VAZ-2107” markalı avtomobil su kanalına aşıb. 

Unikal.org shamshyan.com-a istinadən xəbər verir ki, saat 14:04 radələrində baş verən hadisə nəticəsində avtomobilin sükanı arxasında olan hərbi qulluqçu ölüb.
Əraziyə cəlb olunan xilasedicilər meyiti avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Ölən şəxsin kimliyi açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.