Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla görüşmək üçün yola düşüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, KXDR rəhbəri zirvə görüşünün keçiriləcəyi Vyetnama qatarla getmək qərarına gəlib. Onun 48 saatdan sonra Vyetnama çatacağı gözlənilir.
Qeyd edək ki, II ABŞ-Şimali Koreya sammiti 27-28 fevral tarixlərində baş tutacaq. ABŞ və Şimali Koreya liderləri arasında ilk tarixi görüş ötən ilin iyun ayında Sinqapurda keçirilib.