İspanyanın paytaxtı Madriddə bir müddətdir itkin düşən 66 yaşlı Maria Soledad Gomez adlı qadının parçalanmış cəsədini tapıblar.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, polis qadının tapılması üçün araşdırmaya başlayıb. Araşdırma zamanı ölkənin ən qorxunc cinayətinin üstü açılıb.
Polis qadının işsiz və narkotik aludəçisi oğlu 26 yaşlı Alberto Sançez Qomezin də evində axtarış aparıb və qandonduran hadisə ilə qarşılaşıblar. Qomezin anasının cansız bədənini evdə çürümüş halda tapıblar.
Qadının cəsədinin bir neçə parçaya bölündüyünü qeyd edən polis məmuru: “15 yaşında atasını itirən, 2 qardaşı olan Alberto anasını öldürüb. O cəsədi parçalayıb bişirərək itinə yem edib”.