Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker yenidən mətbuatın gündəminə düşüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Misirdə mətbuat konfransına qatılan Yunker gözlənilmədən çıxışını yarımçıq saxlayıb.
O, jurnalistlərdən üzr istəyərək, həyat yoldaşı zəng etdiyi üçün bu addımı atdığını deyib. Dəfələrlə qeyri-adi davranışları ilə diqqət çəkən Yunkerin sözləri gülüşlə qarşılanıb və bir çox aparıcı KİV-ləribu olayı işıqlandırıblar.