Türkiyəyə məxsus balıqçı gəmisi atəşə tutulub.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Rumıniyada qeydə alınıb.
Türkiyənin Ordu şəhərindən açıq dənizə çıxan 14 metrlik balıqçı gəmisi beynəlxalq sularda Rumıniyanın Sahil Təhlükəsizliyi Xidmətinin katerləri tərəfindən izlənilməyə başlanılıb və “Dayan” əmrinə tabe olmayan türk gəmisi atəşə tutulub.
Olayda 3 balıqçının yaralandığı, gəminin də zərər gördüyü deyilib.
Böyük qorxu yaşayan 8 nəfərlik balıqçı heyəti rabitə əlaqəsinə girərək yardım çağırmaq məcburiyyətində qalıb.
Daha sonra Rumıniya tərəfinin gəmiləri də geri çəkildikdən sonra türk balıqçılar İstanbula qayıdıb.