Xəstəxanada laboratoriya işçisinin kompüterdən açdığı porno video xəstə dəhlizdəki məlumatlandırma ekranında əks olunub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kocaeli Dövlət Xəstəxanasının Təcili Xidmət şöbəsində baş verib. Cinsi məzmunlu görüntüləri görən vətəndaşlar xəstəxana rəhbərliyinə və polisə şikayət edib. Saxlanılan laboratoriya işçisi haqqın istintaq başladılıb.
Saraybahçe Polis Mərkəzinə aparılan şəxs verdiyi ifadədə porno görüntünü bilərək açmadığını deyib. Onun sözlərinə görə, film izləmək üçün olan saytlardan birinə daxil olarkən porno görüntülər avomatik olaraq açılıb.