Şimali Koreya hədsiz iqtisadi imkanlara malik ölkədir.
Unikal.org xəbər verir ki, bunu Hanoy şəhərində sayca ikinci ABŞ - Şimali Koreya zirvə görüşündə deyən ABŞ prezidenti Donald Tramp Kim Çen Inı "böyük lider" deyə səciyyələndirib.
"ABŞ Şimali Koreyaya iqtisadi potensialını gerçəkləşdirməkdə kömək edəcək", - deyən ABŞ lideri görüşün uğurlu keçəcəyinə də ümidvar olduğunu bildirib.
Xatırladaq ki, ABŞ və Şimali Koreyanın dövlət başçılarının birinci görüşü ötən ilin iyun ayında Sinqapurda keçirilmişdi.