Rusiyanın paytaxtı Moskvada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar aksiya keçirdiklərinə görə saxlanılan azərbaycanlılar sərbəst buraxılıb.

Unikal.org xəbər verir ki, Presnenski Rayon Məhkəməsi polis tərəfindən saxlanılan azərbaycanlıların cərimə olunaraq azad edilməsi barədə qərar çıxarıb. 

Qeyd edək ki, bir qrup azərbaycanıı gənc Xocalı qurbanlarının xatirəsini yad etmək məqsədilə Moskvada asiya keçirməyə çalışıb. Onlar Azərbaycan bayrağı olan avtomobillərlə mərkəzi küçələrdən keçərək erməni vəhşiliiynə etiraz ediblər.