Pakistan Hindistanın şimalında yerləşən yaşayış məntəqələrini atəşə tutub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanın Cammu və Kəşmir ştatında baş verib.

Bildirilir ki, Hindistan hərbçiləri Punç dairəsində Pakistanın hücumunu dəf edə biliblər.

Daha əvvəl Ağ ev Hindistan və Pakistanı vəziyyəti sabitləşdirməyə çağırıb.