“Mançester Siti” yeni əməkdaşlıq müqaviləsi imzalayıb.

Unikal/org xəbər verir ki, “şəhərlilər” “Puma” şirkəti ilə forma sponsorluğu razılaşması əldə edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Mançester Siti” ilə “Puma” arasında 10 illik müqavilə imzalanıb. Premyer Liqa təmsilçisi bu razılaşmadan 650 milyon funt-sterlinq gəlir əldə edəcək.

“Mançester Siti”nin hazırkı forma sponsoru “Nike” şirkətidir. “Nike” ilə olan müqavilə 2019-cu ilin yayında bitir.

“Puma” “Mançester Siti” ilə yanaşı, “Jirona”, “Atletiko Torke”, “Melburn Siti” və “Siçuan” klublarının da forma sponsorluğunu edəcək. Bu komandalar “Mançester Siti”nin səhmdarlarına aid olan “City Football Group” korporasiyasına daxildir.