Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Göyçayda vətəndaşları qəbul edəcək.
Dövlət Xidmətdən Unikal.org-a bildirilib ki, qəbul martın 14-də saat 11:00-da Göyçay rayonunda baş tutacaq.
Qəbulda Göyçay, Yevlax, Bərdə, Tərtər, Zərdab, Ağdaş və Ucar rayonlarından olan vətəndaşların problemləri dinləniləcək.
Qəbula yazılmaq istəyən vətəndaşların martın 12-dək SHXÇDX-nin sözügedən rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.