Pakistanın baş naziri İmran Xan Türkiyə prezidentini Pakistanla Hindistan arasında vasitəçi olmağa çağırıb.

Unikal.org  yerli KİV-ə istinadən bildirir ki, İ.Xan bu məsələnin müzakirəsi üçün Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın iki ölkə arasında vasitəçi olmağa hazır olduğunu demişdi. M.Çavuşoğlu bildirmişdi ki, Türkiyə regionda vəziyyətin gərginləşməsindən narahatdır.