Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.

Unikal.org xəbər verir ki, İndiyədək keçirilən iclaslarda ümumilikdə 400-ə yaxın müraciətə baxıldığı bildirilib. 

Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. 

Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.