2018-ci ildə Naxçıvan Muxtar Respublikasında 2600 nikah bağlanıb, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28 yaş, qadınlarda isə 23,6 yaş təşkil edib. 2009-cu ildən 1 yanvar 2019-cu il tarixə muxtar respublikada 30 min 471 nikah qeydə alınıb.
Bu barədə Unikal.org-a Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm göstəricisini aşağı salıb. Belə ki, əgər 2008-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfərinə hesabı ilə 5,6 nəfər olubsa, hazırda bu göstərici 4,5 nəfər təşkil edir.
Qeyd edək ki, bu ilin ilk ayında Naxçıvan Muxtar Respublikası əhalisinin sayı artıb.