İraqın Mosul şəhərində partlayış törədilib.

Unikal.org bildirir ki, hadisə universitet binası yaxınlığında qeydə alınıb. İçi partlayıcı maddələrlə dolu avtomobilin partladılması nəticəsində 1 nəfər həlak olub, daha 13 nəfər yaralanıb. Terror aktı zamanı universitetin binası da zərər çəkib.  

Qeyd edək ki, daha əvvəl İraqda terrorçu kamikadzelər zərərsizləşdirilib.