İraqda və Suriyada "Əbu Əzrayıl" kimi tanınan nəhəng cüssəli döyüşçü yenidən döyüşlərə qatılıb.
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı mübarizədə iraqlılarla suriyalılar üçün canlı simvola çevrilmiş bu şəxs şiə iraqlıdır.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, cüssəli, çox böyük fiziki gücə malik bu şəxsi dünən Fəlluca şəhəri uğrunda döyüşlərdə görüblər.
İraqın milli qəhrəmanına çevrilmiş Əbu Əzrayılı "İŞİD-in ölüm mələyi" də adlandırırlar. Səbəb onun terrorçularla döyüşlərdə fenomenal cəsarəti, habelə döyüş taktikası və strategiyası ilə bağlı bilikləri ilə fərqlənməsidir.