Bakıda dəmir yolu vağzalının tikintisi zamanı ölüm hadisəsi baş verib.
Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Sabunçu dəmir yolu vağzalında baş verib.
Vağzalın inşası ilə əlaqədar yaxınlıqdan keçən yolun tikintisində traktorçu işləyən 1967-ci il təvəllüdlü Əliyev Ənvər Abdüləzim oğlu mühərriki sönülü olan traktorda sükan arxasında oturduğu zaman qəflətən ölüb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.