Ölkə başçısının 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış keçmiş səhiyyə naziri Əli İnsanov martın 24-də keçmiş məhkum yoldaşları ilə bir araya gəlib.
Unikal.org-un məlumatına görə, bu barədə vaxtilə Əli İnsanovla bir cəzaçəkmə müəssisəsində saxlanılmış jurnalist Pərviz Həşimli sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, sabiq nazirin görüşünə gələnlər 13 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış keçmiş məhkumlar olub. Bunlar Pərviz Həşimli, Tofiq Yaqublu, Fərəc Kərimli, İlkin Rüstəmzadə, Əbdul Əbilovdur.
Həmin görüşdən foto da yayılılb.