Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun səhhəti qəfil pisləşib. Səhhəti ağırlaşdığından Eldar Sabiroğlu təcili Türkiyəyə aparılıb.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı onun oğlu, həbsdən yenicə çıxmış Rüfət Səfərov açıqlayıb.
Onun sözlərinə görə, atasını həbsdə məruz qaldığı işgəncələri təfərrüatına qədər məlumatlandıran dostlardan biri qaş düzəltmək istəyərkən gözün giləsini çıxarıb: "Lazım deyildi ....
Atam çox pis vəziyyətdə xəstəxanaya yerləşdirildi. Vəziyyətin kritik həddi bizi məcbur etdi ki, atam Eldar Sabiroğlunu Türkiyəyə və həkimlərinə etibar edək. Balaca Sabirlə birgə dualar edirəm... Zatən əlimizdən başqa heç nə gəlmir”.