Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinə general-leytenant ali hərbi rütbəsinin verilməsi barədə sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilsin".