Ali Məhkəmədə “Real” partiyasının sədri İlqar Məmmədovun şikayətinə baxılıb.
Unikal.org-un verdiyi xəbərə görə, İ.Məmmədov onun barəsindəki cinayət işinə xitam verilməsini istəyib.
Məhkəmə şikayəti qismən təmin edib. İ.Məmmədova verilən şərti cəza ləğv olunub və onun ölkədən çıxışına qoyulan qadağa götürülüb.