Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri ilə sabah, saat 12:00-da Şabranda baş tutmalı olan görüşünün vaxtı dəyişdirilib.
Bu barədə Unikal.org-a nazirlikdən bildirilib.
Məlumata görə, buna səbəb martın 29-da Şabran şəhərində dövlət əhəmiyyətli tədbirin keçiriləcəyidir. Odur ki, nazirin vətəndaş qəbulu aprelin 5-də olacaq.