“Diqlas” ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlarla bağlı İqtisadiyyat Nazirliyində İşçi Qrup yaradılıb.
Unikal.org "Azərtac”a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
“Martın 29-da saat 10:00-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) binasında müəyyən edilmiş siyahı üzrə zərər çəkmiş vətəndaşlarla görüş keçiriləcək. Hər bir vətəndaşla fərdi qaydada dəymiş ziyanla bağlı müzakirələr aparılacaq”, - deyə nazir müavini bildirib.