Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC bu gün Tovuz rayonunun Qaraxanlı kəndində, sabah isə Ağstafa rayonunun Korxəlfəli kəndində azot gübrəsinin güzəştli şərtlərlə satışını təşkil edəcək.
Unikal.org nazirliyə istinadən xəbər verir ki, satış kənd inzibati ərazi nümayəndəliklərinin binasında olacaq.
Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar satış barədə ətraflı məlumat almaq üçün Tovuz rayonu üzrə (050) 344-93-86 (Rəhman Qasımov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Ağstafa rayonu üzrə isə (050) 357-32-43 (Elvin Musayev, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzi direktorunun müavini) nömrəli telefonlarla əlaqə saxlamaq olar.