“Diqlas” Ticarət Mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara dövlət yardımının ödənilməsi üçün “Kapital Bank” ASC-də hesablar açılacaq.
Unikal.org xəbər verir ki, bu barədə iş adamları ilə görüşdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
Onun sözlərinə görə, bundan sonra sahibkarlara plastik kartlar veriləcək.
"Siz banka müraciət edərək hesabı açdıracaqsız və vəsait həmin hesaba köçürüləcək. Həmçinin, sizə güzəştli kredit də ayrılacaq. Sizə işinizi bərpa etmək üçün ilk olaraq nə qədər vəsait lazım olduğunu müəyyən edib bizə bildirin. Eyni zamanda, sizə digər ticarət mərkəzlərində, məsələn, "Sədərək" Ticarət Mərkəzində istədiyiniz ölçüdə mağaza ayıraq, yaxın aylarda fəaliyyətinizi orada davam etdirəcəksiniz".