Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant formada “Tyutor hazırlığı” üzrə sertifikat proqramı təşkil olunacaq.
Unikal.org xəbər verir ki, sertifikat proqramının təşkilində məqsəd Azərbaycan Respublikası təhsil qanunvericiliyinin və Bolonya prosesinin tələbləri nəzərə alınmaqla tədris prosesinin hər mərhələsində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır.
Kursun proqramı tədris prosesinin bütün mərhələlərini əhatə edir və bu sahədə təcrübəli ekspertlər öz bliklərini və praktik təcrübələrini təlim iştirakçıları ilə paylaşacaqlar.
Proqram aprelin 15-dən başlayaraq başlayaraq 3 ay müddətinə təşkil olunacaq. Proqram iştirakçıları olduqları məkanı tərk etmədən təlimlərə distant formada qatıla biləcəklər.
Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar topladıqları bala uyğun sertifikatla təmin olunacaqlar. Proqram ödənişlidir.
Sənəd qəbulu elektron qaydada www.kabinet.unec.edu.az linkindən qeydiyyatdan keçməklə aparılır. Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda kursda iştirak etmək hüququ qazanırlar.
Sənədlərin qəbulu 2019-cı ilin martın 12-dən aprelin 12-dək aparılacaq.
Kursda iştirak etmək istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
· Rektorun adına ərizə;
· Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
· İş yerindən arayış və ya əmək kitabçasından çıxarış (işlədiyi halda);
· 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;
· Şəxsiyyət vəsiqəsinin surəti.
Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 310
Tel.: (012) 492-59-25
E-mail: [email protected]