Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.
Unikal.org xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə 25 məsələ daxildir.
Bunlar "Hesablama Palatası haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Dövlət rüsumu haqqında", "Təhsil haqqında", "Peşə təhsili haqqında" və s. qanunlara, o cümlədən Vergi, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir.
Deputatlar yeni hazırlanan "Mediasiya haqqında" qanun layihəsinə də baxacaqlar.