Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)  “Biznes idarəçiliyi” fakultəsi Menecment kafedrasının təşkilatçılığı,İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının təşəbbüsü ilə “Amazonla Qazan - gənclər arasında elektron ticarət alətlərindən istifadə etməklə özünəməşğulluğun artırılması” mövzusunda təlim keçirilib.  

Unikal.org xəbər verir ki, “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov və menecer Ayxan Qədəşov adıçəkilən fakültə tələbələrini elektron ticarət platformalarında qeyri-neft ixracı üzrə artımın dəstəklənməsi,o cümlədən konkret istiqamətdə görülən işlərlə tanış ediblər.Gələcək turizimçilər təlim proqramı çərçivəsində, həmçinin “Amazon”və “Alibaba” kimi nəhəng elektron ticarət platformalarının uğurlu fəaliyyəti əsasında müstəqil biznes şəbəkəsinin qurulmasına dair detallı informasiya imkanı əldə ediblər. 

ATMU-nun “Biznes idarəçiliyi” fakültəsinin təlim proqramında fəallığı ilə fərqlənən 40 tələbəsinə sertifikatlar təqdim olunub.