Bakı Dövlət Universitetinin (BDU) həyətində tələbə və müəllimlər üçün nəzərdə tutulmuş “Pepsi” adlanan çayxana sökülüb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, çayxanada söküntü işlərinə bu ilin yanvar ayından başlanılıb.

Qeyd edək ki, həmin çayxanada qiymətlər nisbətən ucuz olub. Burada bir çaynik çayın qiyməti əvvəllər 10-20 qəpik, sonralar isə 30 qəpik məbləğində müəyyənləşmişdi.